Bakıda Babək prospektində yanğın başlayıb.
Sizinxeber.az xəbər verir, Babək prospektində yerləşən obyekt yanır.
Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.