Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralının 213-cü km-də, Lənkəran rayonunun Bürcəli kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Şıxakəran kənd sakini 1990-cı il təvəllüdlü Asif Hüseynovun idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə Lənkəran rayonunun Şağlaküçə kənd sakini 1968-ci il təvəllüdlü Fətəli Ömərovun idarə etdiyi etdiyi "QAZ-3110" markalı minik avtomobili toqquşub. Qəzada hər iki sürücü və "QAZ-3110" markalı avtomobildə sərnişin qismində olan Şağlaküçə kənd sakini 1968-ci il təvəllüdlü Şölə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.