Sumqayıtda piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.

Sizinxeber.az xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

Yolu keçmək istəyən 1936-cı il təvəllüdlü Abbas Qafar oğlu Hüseynovu “Nissan” markalı avtomobil vurub.

Piyada hadisə yerində ölüb.

Fakt araşdırılır.