Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “3+3” regional platformasının növbəti iclasında iştirak edəcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib.

O, Ermənistan XİN rəhbərinin “3+3” platformasının oktyabrın 18-də İstanbulda keçiriləcək iclasına qatılacağını təsdiqləyib.