İspaniya "Real"ının keçmiş yarımmüdafiəçisi Fernando Qaqo Argentina klubu "Boka Xuniors"un baş məşqçisi olub.
"Report" xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı məşqçi 2020-ci ildə futbolçu karyerasını başa vurub. Onun son iş yeri Meksikanın "Qvadalaxara" klubu olub.
Qeyd edək ki, F.Qaqo "Real"ın heyətində iki dəfə İspaniya çempionu (2006/2007 və 2008/2009 mövsümləri) adını, həmçinin 2008-ci ildə İspaniya Kubokunu və Superkubokunu qazanıb. Keçmiş yarımmüdafiəçi peşəkar futbolçu karyerasına məhz "Boka Xuniors" klubunda başlayıb.