Bakının Yasamal rayonunda 64 yaşlı kişi bıçaq xəsarətləri alıb.

Sizinxeber.az xəbər verir ki, hadisə metronun Elmlər Akamdemiyası stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1960-ci il təvəllüdlü Əlövsət Ənvər oğlu Səfərov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.