Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, oktyabrın 11-i rayonun Xudat qəsəbəsi ərazisində "VAZ-21011" və “VAZ-21099” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

16.46

Gəndob-Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, yolun Xudat şəhəri ərazisindən keçən hissəsində "VAZ 21011" və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 2 nəfərin xəsarət aldığı bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.