Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, qəza zamanı “Vaz-21011” markalı avtomobil “Vaz-21099” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə şəxsiyyəti hələ müəyyən edilməyən iki nəfər ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.