İsrail Livanın cənubunda atəşkəs tətbiq etmək üçün şərt olaraq “Hizbullah” hərəkatının silahları yerə qoymasını və qüvvələrini iki ölkə sərhədinin şimalına çəkməsini tələb edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Fransa diplomatik mənbələrinə istinadən məlumat yayıb.

"İsrail Livanda atəşkəs müqabilində “Hizbullah”dan silahları yerə qoymağı və Litani çayının şimalına çəkilməyi tələb edir", - deyə mənbələrdən biri deyib.