Göygöl şəhərində iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl şəhərində "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2 piyadanı vurub.

Zərərçəkənlər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.