İran Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanının enerji şəbəkələrinin ölkə ərazisi üzərindən birləşdirilməsini təklif edib.

"Sizinxeber.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu İranın energetika naziri Abbas Əli-Abadi deyib.

O, sentyabrın 26-da Moskvada keçirilən BRİCS-ə üzv ölkələrin energetika nazirlərinin iclasında iştirak etmək üçün Rusiyada səfərdədir. İclasla eyni vaxtda Rusiya Enerji Həftəsi də keçiriləcək.