İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin şimalında davam edən təhlükəsizlik vəziyyəti fonunda ABŞ-yə gözlənilən səfərini bir gün qısaldacaq.

APA xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb.

Onun İsraildən sentyabrın 25-i yola düşəcəyi gözlənilən səfəri beş deyil, dörd gün davam edəcək.

Qeyd edək ki, o, sentyabrın 27-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edəcək.