Ekoloji Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid Rəqəmsal Platforma ESG təşəbbüslərini kordinasiya etməklə yanaşı gələcək prioritetlərimizi də müəyyənləşdirməyə imkan verəcək.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu sözügedən Vahid Rəqəmsal Platforma Konsepsiyasının təqdimatı zamanı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev deyib.

O, bildirib ki, bu sahədə milli-irsi standartların qəbul olunması ilə bağlı KOBİA tərəfindən müvafiq layihə hazırlanıb və hazırda razılaşma mərhələsindədir:

"Bu milli ESG standartlarına beynəlxalq tələblərin inteqrasiyası və sinxronizasiyasını qarşımıza hədəf qoymuşuq".