Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin aşması nəticəsində 1966-cı il təvəllüdlü E.Həsənov aldığı xəsarətdən ölüb.

Daha bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.