Hazırda paytaxtın müxtəlif küçə və prospektlərində yerləşən təhsil ocaqlarının yaxınlığında yollarda sıxlığın yaranmaması məqsədilə tədbirlər görülür.

Bu barədə “Sizinxeber.az”a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilir ki, mərkəzin gücləndirilmiş iş rejimində çalışan əməkdaşları yol polisi ilə mütəmadi əlaqədədir.