Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Söhbət zamanı Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər müzakirə edilib, həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq mövzularına toxunulub.