HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının yeni şərtlərini rədd edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumatda bildirilir ki, HƏMAS-ın siyasi büro üzvü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti Dohada Qətərin baş naziri və Misir kəşfiyyatının rəhbəri ilə görüşüb. Görüşdə tərəflər Qəzza zolağında baş verənləri müzakirə ediblər.

“Hərəkatın Co Baydenin 31 may 2024-cü il tarixli bəyanatı, Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi və 2 iyul 2024-cü ildə razılaşdırılan atəşkəs razılaşmasını heç bir yeni tələb irəli sürmədən dərhal həyata keçirməyə hazır olduğu vurğulanıb”. – deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, hərəkat tərəflərin hər hansı birindən bu razılaşma üçün istənilən yeni şərti rədd edir.