Vyetnamın bəzi şimal əyalətlərində "Yagi" qasırğasından sonra baş verən güclü daşqınlar nəticəsində azı 127 nəfər ölüb, 50-dən çox insan itkin düşüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “VnExpress” xəbər portalı məlumat yayıb.

Xəsarət alanların sayı isə 750 nəfəri ötüb.

“Yagi” qasırğası Vyetnamda güclü yağışlara səbəb olub.