İranın şimalında avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 55 nəfər xəsarət alıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.

Hadisə Rəzəvi Xorasan əyalətində Səbzevər-Nişapur yolunda qeydə alınıb.

Xəsarət alan 55 nəfərdən 5-nin vəziyyəti ağırdır.

Hadisə yerinə 4 təcili yardım maşını cəlb olunub.