İsrail və İordaniya arasında sərhəd-keçid məntəqəsində, İordan çayı üzərindəki Allenbi körpüsü üzərində israilli işçilərə atəş açılıb.

APA-nın “The Times of Israel” qəzetinə istinadən verdiyi xəbərə görə, İordaniyadan gələn yük maşınının sürücüsü israilli işçiləri atəşə tutub.

Nəticədə 3 israilli ölüb.

Atəş açan şəxs zərərsizləşdirilib.

***

saat 11.42

İordan çayı üzərindəki Allenbi körpüsü üzərində israilli işçilərə atəş açılıb.

APA-nın xəbərinə görə, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

İordaniyadan gələn yük maşınının sürücüsü israilli işçiləri atəşə tutub. Nəticədə 3 israilli ağır yaralanıb.

Atəş açan şəxs zərərsizləşdirilib.