Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1945-ci il təvəllüdlü Gilə Məmmədova dünyasını dəyişib.

Qəzada bir neçə nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.