Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasında iştirak etmək üçün ABŞ-nin Ramşteyn aviabazasına gedib.
“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Mən qrupun iclasında iştirak edəcəyəm, ABŞ və Almaniyanın müdafiə nazirləri Lloyd Ostin və Boris Pistorius ilə görüşəcəyəm. Almaniya Kansleri Olaf Şoltsla ayrıca danışıqlar aparacağam", - paylaşımda qeyd edilib.