Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticələri şəxsi səhifələrə göndərilib.

Bu barədə Sizinxeber.az-ya Təhsil İnstitundan məlumat verilib.

Bildirilib ki, avqustun 27-də təşkil olunan prosesin sənəd yoxlanışı mərhələsinə 140 nəfər müəllim dəvət olunub.

Onlardan 112 nəfər iş yerini qarşılıqlı olaraq dəyişmək imkanı əldə edib.