Ukrayna Silahlı Qüvvələrinin Belqorod və Belqorod vilayətinə hücumu nəticəsində ölənlərin sayı 5-ə, xəsarət alanların sayı isə 37-yə çatıb.
Sizinxeber.az “TASS”a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat verib.
“Ölənlərin sayı 5-ə yüksəlib, altısı uşaq olmaqla 37 mülki şəxs yaralanıb”, - Qladkov vurğulayıb.
Qubernatorun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Belqorodu “Vampire MLRS” kaset sursatlarla atəşə tutub.