Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.

Bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib.

Onun sözlərinə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərid Hüseynov saxlanılıb.

***
23:30



Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda fəaliyyət göstərən marketlərin birinin yaxınlığında qeydə alınıb.

1994-cü il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə Ağstafa xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan Qazaxda yerləşən xəstəxanaya aparılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.