Çexiyanın “Namyeşti nad Oslavou” aviabazası ərazisində hərbi helikopter qəzaya uğrayıb.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Çexiya ordusu məlumat yayıb.
Bildirilib ki, helikopterin göyərtəsində 5 nəfər olub. Qəza zamanı onlardan biri ölüb.
Hadisə yerində xilasedicilər fəaliyyət göstərirlər.