Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş deputatlar Sofiya Ovsepyan və Edmon Marukyanı seçkilərlə bağlı açıqlamalarına görə məhkəməyə verib.

Sizinxeber.Az Publika.az-a istinadən xəbər verir ki, Paşinyan Ovsepyan və Marukyanı böhtan və təhqirdə ittiham edərək, təkzib vermələrini tələb edir.

Həmçinin Ermənistanın baş naziri təhqirlərə təzminat kimi 2 milyon dram (5400 dollar), böhtana görə təzminat kimi isə 4 milyon dram (təxminən 11 000 dollar) tələb edib.