Kolumbiya millisi Portuqaliyadan daha yaxşı oynayıb.

"Report" FIFA-ya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Nestor Lorenso Portuqaliyaya qarşı baş tutan oyundan sonra deyib.

Mütəxəssis bərabərə bitən oyun barədə danışıb:

"Düşünürəm ki, Kolumbiya komandası oyunun əvvəlindən sonuna qədər çox yaxşı çıxış etdi. Qələbəyə layiq idik, çox sayda qol şansı yaratdıq, sadəcə son zərbələrdə dəqiqlik çatmadı.

Futbolçularımı göstərdikləri böyük əzmkarlığa görə təbrik etmək istəyirəm, onlar bu gün meydanda əla performans sərgilədilər. Portuqaliya güclü komandadır və yaxşı baş məşqçiyə malikdir, lakin, fikrimcə, bu gün biz onlardan daha yaxşı oynadıq".

Qeyd edək ki, Kolumbiya - Portuqaliya matçında hesab açılmayıb - 0:0.