Futbol üzrə dünya çempionatında Konqo Demokratik Respublikası və Özbəkistan yığmaları arasında keçirilən K qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Sizinxeber.az" xəbər verir ki, Konqonun heyətində Yoan Vissa oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, futbolçu komandasının 3:1 hesablı qələbəsi ilə başa çatan matçda iki qol vurub.