Türkiyənin Adana bölgəsində narkotik vasitə satmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

"Report"un "Haber Global"a istinadən xəbərinə görə, Adana polisinin keçirdiyi əməliyyat nəticəsində 70 nəfər saxlanılıb.

Onlardan 58-i barəsində həbs qətimkan tədbiri seçilib, digərləri polis nəzarəti ilə şərti sərbəst buraxılıb.

Faktla bağlı araşdırmalar davam edir.