Fransa millisi Norveçlə matçda üzərinə düşəni yerinə yetirib.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa yığmasının məşqçisi Qi Stefan Norveçə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"İlk öncə fikirlərim baş məşqçimiz Didye Deşamla bağlıdır. Onun tezliklə aramıza qayıdacağını səbirsizliklə gözləyirik və sabahkı məşqdə bizimlə olacaq. Oyuna gəlincə, üzərimizə düşəni yerinə yetirdik. Komandanın oyunundan zövq aldıq, yüksək temp nümayiş etdirdik və bir çox qol epizodu yaratdıq. Dörd qol vurduq. Usman Dembele het-trik etdi, Dezire Due isə peşəkar karyerasında ilk dəfə başla qol vurdu. Bunlar hamısı müsbət məqamlardır və bu performansın üzərinə daha da əlavə etməliyik.

Bununla yanaşı, bəzi anlarda istədiyimiz səviyyədə çıxış etmədik və bu çatışmazlıqları aradan qaldırmalıyıq. Turnirdə irəlilədikcə qarşımıza daha güclü rəqiblər çıxacaq. Buna görə də daim diqqətli olmalıyıq. Bu qələbəyə sevinirik və onun həzzini çıxaracağıq. Amma sabahdan etibarən Didye ilə birlikdə yenidən işimizə qayıdırıq".

Qeyd edək ki, Fransa yığması Norveçi 4:1 hesabı ilə məğlub edib.