Niderland millisi Tunislə matçda nizam-intizamı itirib, lazımsız top itkilərinə yol verib.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Tunis yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qələbə münasibəti ilə futbolçularını təbrik edib:

"Oyunçularımı təbrik etmək istəyirəm. Lakin növbəti mərhələdə bu cür səhvlərə yol vermək olmaz, xüsusilə də daha güclü rəqiblərə qarşı. Belə səhvlər bizə çox baha başa gələ bilər və buna imkan vermək istəmirik.

Qrupu məğlubiyyətsiz və birinci pillədə başa vurduğumuz üçün sevinirik. Bunun sayəsində növbəti mərhələdə Braziliya ilə qarşılaşmaqdan da yayınmış olduq. Bununla belə, komandanın oyunundan tam razı deyiləm. Bəzi məqamlarda oyunumuz həddindən artıq ləng idi, meydanda nizam-intizamı itirdik və lazımsız top itkilərinə yol verdik. Qarşıdakı oyunlarda bunları mütləq aradan qaldırmalıyıq".

Qeyd edək ki, Niderland Tunis yığmasını 3:1 hesabı ilə məğlub edib.