İranın xarici işlər naziri Abbas Əraqçi ilə omanlı həmkarı Bədr Əl-Busaidi arasında telefon danışığı olub.
"Sizinxeber.az" xəbər verir ki, A. Əraqçi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Maskatdakı son birgə bəyanatdan sonra məhsuldar telefon danışığı olub", - o bildirib.
Əraqçinin sözlərinə görə, İran və Oman Hürmüz boğazında gələcək idarəetmə və dənizçilik xidmətlərini müəyyən etmək üçün dialoq aparacaq:
"Biz qərarlıyıq və bunu qonşularımızla müzakirə edərək həyata keçirəcəyik".
After recent Joint Statement in Muscat, had productive call with @badralbusaidi
— Seyed Abbas Araghchi (@araghchi) June 25, 2026
We re-emphasized that Iran and Oman will conduct dialogue "to define future administration and maritime services in Strait of Hormuz." We're determined and will do so in discussion with our neighbors pic.twitter.com/1ezYYoC4ri