Rusiya cavab tədbiri olaraq Rumıniyanın Sankt-Peterburqdakı konsulluğunu bağlamaq və Rumıniya konsulunu ölkədən çıxarmaq barədə qərar qəbul edib.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib.
"Rumıniyanın Konstansa şəhərindəki Baş Konsulluğun bağlanmasına cavab olaraq görüləcək qarşılıqlı tədbirlərin elan edilməsi üçün Rumıniya səfiri XİN-ə çağırılıb," - o qeyd edib.