"Səbail" Azərbaycan millisinin da formasını geyinmiş Mehdi Cənnətovu heyətinə qatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

34 yaşlı qolkiperlə "1+1" illik müqavilə imzalanıb.

Təcrübəli qapıçı son olaraq "Sumqayıt"da çıxış edib.

Xatırladaq ki, M.Cənnətov Azərbaycan millisinin heyətində beş oyun keçirib.