Futbol üzrə dünya çempionatının Panama - Xorvatiya oyununda ilk qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

54-cü dəqiqədə Ante Budimir fərqlənib.

Futbol üzrə dünya çempionatının Panama - Xorvatiya oyununda ikinci hissə başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı qabonlu FIFA referisi Pyer Aço idarə edir.

Futbol üzrə dünya çempionatının Panama - Xorvatiya oyununda ilk hissə başa çatıb.

"Sizinxeber.az"un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı qabonlu FIFA referisi Pyer Aço idarə edir.

Futbol üzrə dünya çempionatının Panama - Xorvatiya oyunu başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, L qrupunun II turunun matçı Toronto stadionunda keçirilir.

Qarşılaşmanı qabonlu FIFA referisi Pyer Aço idarə edir.