Almaniya millisinin futbolçusu Niko Şlotterbek dünya çempionatının növbəti oyunlarını buraxacaq.

"Sizinxeber.az" xəbər verir ki, 26 yaşlı müdafiəçiyə sol topuğunda bağ yırtığı diaqnozu qoyulub.

O, ən azı 8 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, oyunçu Fildişi Sahilini məğlub etdikləri E qrupunun II turunun matçında zədə alıb. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.