Körfəz ölkələri ixracda prioritet bazar kimi önə çıxırlar.

"Report"un Biləsuvara ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində sertifikatlaşmanın təşviqi əsas hədəflərdən biri kimi müəyyən edilib: "Bu təşəbbüsün əsas məqsədi Azərbaycan kənd təsərrüfatı məhsullarının Avropa və Körfəz ölkələrinə ixrac imkanlarının genişləndirilməsidir. İlk mərhələdə əsas diqqət Körfəz ölkələri bazarına yönəldilir, daha sonra isə Avropa və digər regionlarda ixrac potensialının artırılması nəzərdə tutulur.

Bazarların diversifikasiyası bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Bu, həm fermerlərin gəlirlərinin artmasına, həm də ümumilikdə ölkə iqtisadiyyatına mühüm töhfə verəcək".