Futbol üzrə dünya çempionatında Misir Yeni Zelandiya millisinə qalib gəlib.

"Sizinxeber.az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesablı qələbəyə seviniblər.

Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xalı qazanıblar.

Qeyd edək ki, qrupun digər matçında Belçika İranla qolsuz (0:0) bərabərə qalıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda dördüncü qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 3:1.

83-cü dəqiqədə Trezeqe diqqət mərkəzinə düşüb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda üçüncü qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabda önə keçiblər - 2:1.

67-ci dəqiqədə Məhəmməd Salah rəqib komandanın torunu silkələyib.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ikinci qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabı bərabərləşdiriblər - 1:1.

58-ci dəqiqədə Mustafa Ziko başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ikinci hissə başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabda öndədir - 1:0.

15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ilk hissə bitib.

"Sizinxeber.az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabda öndədir - 1:0.

15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ilk qol səsi eşidilib.

"Sizinxeber.az"un məlumatına görə, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabı açıb - 1:0.

15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyunu başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, G qrupunun II turunun matçı "BC Place" stadionunda keçirilir.

Qarşılaşmanı Birləşmiş Ərəb Əmirliklərindən olan FIFA referisi Ömər Məhəmməd Əl-Əli idarə edir.