Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Məlumata görə, motosikletin vurduğu 4 yaşlı uşaq təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da, yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.