Futbol üzrə Seneqal millisi dünya çempionatı zamanı ciddi təşkilati və maliyyə çətinlikləri ilə üzləşir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Sport News Africa" nəşri məlumat yayıb.

Oyunçulara DÇ-2026-ya vəsiqə qazanmalarına və Afrika Millətlər Kubokunda çıxışlarına görə nəzərdə tutulan mükafat məbləğləri indiyədək ödənilməyib. Onlar həmçinin ABŞ-dəki yaşayış və qida şəraitindən narazıdırlar. Çünki qaldıqları otel millinin standartlarına cavab vermir.

Baş məşqçi Pap Tyav isə yenilənmiş müqavilə olmadan komanda ilə işləməyə davam edir. O, təxminən beş aydır ki, maaşını almır.

Xatırladaq ki, Seneqal mundialın ilk turunda Fransaya 1:3 hesabı ilə uduzub. Komanda II turda, iyunun 23-də Norveçlə üz-üzə gələcək. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.