Futbol üzrə dünya çempionatında Braziliya və Haiti yığmaları arasında keçirilən C qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, "sambaçılar"ın heyətində Vinisius oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, vinger görüşdə komandasının üçüncü (3:0) qolunu vurub və ikinci qolun ötürməsini edib.