Avtomobillərin utilizasiyası proqramı çərçivəsində vətəndaşlar yeni yerli istehsalı avtomobili əldə edir.

"Report" xəbər verir ki, bunu qurumun Nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, proqram çərçivəsində 1687 ədəd yeni yerli istehsal nəqliyyat vasitəsi güzəştli şərtlərlə əldə olunub:

"Nəqliyyat vasitəsi utilizasiyaya təhvil verildikdən sonra onu təhvil verən şəxsə təsdiqedici sənəd verilir və həmin sənəd imkan verir ki, şəxs iki seçimdən birini həyata keçirsin. O ya yerli istehsal yeni nəqliyyat vasitəsini satıcıya həmin sənədi təqdim etməklə endirimlə əldə eləyə bilər, yaxud əgər yeni maşın əldə etmək niyyəti yoxdursa, həmin güzəşt məbləğinin 70 faizi həcmində birdəfəlik ödəniş əldə eləyə bilər. İndiyə qədər nəqliyyat vasitəsini utilizasiyası məticəsində müraciət edən ərizəçilərə 1 milyon manatdan çox birdəfəlik ödəniş olunub".