"Güclü Ermənistan" partiyalar alyansının nümayəndəsi Aram Vardevanyan iyunun 7-də parlamentdə keçirilmiş seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə ərizə təqdim edib.

"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu partiyanın mətbuat katibi Marianna Qəhrəmanyan bildirib.

Məlumata görə, ərizədə seçkilərlə bağlı verilən qərarın və seçkilərin nəticələrinin etibarsız hesab edilməsi və ya ikinci turun təyin olunması tələb edilib.