Azərbaycan vətəndaşları hazırda 95 ölkəyə vizasız səfər etmək imkanına malikdir.

"Report"un məlumatına görə, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin növbədənkənar sessiyasının bu günkü iclasında məlumat verib.

Onun sözlərinə görə, bundan əlavə, 86 ölkəyə diplomatik və xidməti pasport, 22 ölkəyə isə ümumvətəndaş pasportu ilə Azərbaycan vətəndaşları vizasız şəkildə sərbəst gediş-gəliş edə bilirlər.