İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlığı iki əsas istiqamətdə inkişaf etdirmək niyyətindədir.

Bunu "Report"a müsahibəsində ICIEC-nin baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş icraçı direktoru vəzifəsini icra edən Xalid Xalafalla bildirib.

"Birinci istiqamət SOCAR-ın beynəlxalq miqyasda genişlənməsi üçün ixrac kreditlərinin təmin edilməsi ilə bağlıdır. Azərbaycan daxilində isə biz SOCAR ilə infrastruktur layihələri və bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək, şirkətin həyata keçiriləcəyi və ya təşviq edəcəyi təşəbbüslərə beynəlxalq maliyyə institutlarının cəlb edilməsini təmin edəcəyik", - qeyd edib.

O, həmçinin illik toplantı çərçivəsində ICD və SOCAR arasında sazişin bağlandığını xatırladıb: "SOCAR-la imzalanan Anlaşma Memorandumu bərpa olunan enerji, infrastruktur layihələri sahəsində tərəfdaşlıq, eləcə də Azərbaycan ixracının beynəlxalq bazarlarada, ilk növbədə, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərdə və bütövlükdə regionda təşviqi üçün çərçivə platforması hesab edilə bilər".

Müsahibənin tam mətni ilə bu linkvasitəsilə tanış olmaq mümkündür.