Süni intellekt insan hüquqlarını möhkəmləndirməlidir, qeyri-bərabərliyi gücləndirməməlidir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Pakistanın Federal Ombudsmanı Navid Kamran Baloç (Naveed Kamran Baloch) Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən panel sessiyasında bildirib.
"Süni intellekt insana qərar qəbul etməkdə kömək etməlidir, onu əvəz etməməlidir. Texnologiyalar səmərəliliyi artıra bilər, lakin müdrikliyi əvəz edə bilməz. Onlar məlumatları təhlil edə bilər, prosesləri sürətləndirə bilər, lakin empatiyanı əvəz etmək iqtidarında deyil", - ombudsman qeyd edib.
XƏBƏR YENİLƏNİR