Futbol üzrə dünya çempionatında İngiltərə və Xorvatiya yığmaları arasında keçirilən L qrupunun I turunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Report" xəbər verir ki, ingilislərin heyətində Harri Keyn oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, hücumçu sözügedən matçda (4:2) dubl müəllifi olub.