Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda ilk hissə bitib.
"Sizinxeber.az"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Konqonun heyətində 45+5-ci dəqiqədə Yoan Vissa status-kvonu bərpa edərək komandasını fasiləyə bərabərliklə göndərib.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda hesab açılıb.
"Sizinxeber.az"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyunu başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, K qrupunun I turunun matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.