Bu ilin may ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 65,4 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 12,46 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstərici ilə müqayisədə isə 9,02 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 7,15 faiz bəndi azalaraq, illik isə 0,45 faiz bəndi artaraq 18,34 % təşkil edib. Beləliklə onun payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 35,7 % təşkil edib).

Üçüncü pillədəki "Xiaomi"nin bazar payı aylıq 6,76 faiz bəndi, illik isə 5,27 faiz bəndi azalaraq 6,74 % təşkil edib.

Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 0,61 faiz bəndi artaraq, illik isə 1,31 faiz bəndi azalaraq 4,14 % olub.